Cümə , 19 Aprel 2024
Drone Cameras

QHT Agentliyi yaxın günlərdə konfrans keçirməyi planlaşdırır – AYGÜN ƏLİYEVA

“Agentlik olaraq QHT-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransının keçirilməsi planlaşdırılır.”

Boyukmillet.com xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.

“Qeyd etdiyiniz kimi Agentliyin qrant müsabiqələrindən biri də məhz “Səfər qrantlarıdır”. Bu müsabiqə digər müsabiqələrdən fərqli olaraq bütün il boyu aktiv olur. Bu müsabiqənin təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində təşkil olunan tədbirlərdə Azərbaycan qeyri-hökumət təşkilatlarının iştirakına dəstək olmaqdan ibarətdir. Bu il Agentlik tərəfindən bu qrant müsabiqəsinə müraciət üçün yeni meyarlar hazırlanır və yaxın günlərdə Agentliyin elektron resurslarında yerləşdiriləcək.


Qeyd olunan məsələlərlə yanaşı, Agentlik müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Xüsusən qardaş Türkiyənin “STK Genel Müdürlüyü”, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq artıq qurulub. BMT-nin və müxtəlif beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri ilə görüşlər keçirilib, qarşılıqlı anlaşma memorandumları, birgə əməkdaşlıqla bağlı razılaşmalar və s. əldə olunur.  Agentlik olaraq QHT-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransının keçirilməsi planlaşdırılır.”
 

Check Also

“İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib? – Artıq İçtimai Şuralara seçim yox təyinat var?

Hörmətli həmkarlar, media nümayəndələri!Bir müddətdir ki, bəzi yoldaşlar mənə bildirir ki, bəs “İctimai iştirakçılıq haqqında” …