Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində tədbir keçirilib.
17 Mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasına üzv gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq ölkədə aparılan gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu bildirib, gənclər təşkilatlarının inkişafı və şaxələnməsində böyük rolu olan Milli Şuranın belə bir görüşü təşkil etməsini yüksək qiymətləndirib.
Görüşdə çıxış edən ARGTMŞ-nın sədri Azər Əliyev öz növbəsində Agentliyin icraçı direktoru Aygün Əliyevaya təşəkkürünü bildirirək vurğulayıb ki, Milli Şuraya üzv olan gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət qurumları rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və fikir mübadiləsi aparılır.
Görüşdə gənclər təşkilatları nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Check Also
QHT sədri deputatlığa namizədliyini irəli sürəcək
Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …