Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT Agentliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirili – FOTO +VİDEO

Fevralın 24-də Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, əvvəlcə tədbirdə Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Təəssüflə qeyd etməliyik ki, bu faciəyə hələ də siyasi-hüquqi qiymət verilməyib, cinayətkarlar cəzalandırılmayıb.


Daha sonra məruzə ilə çıxış edənlər – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, “Erməni təcavüzünün tanıdılması” ictimai birliyinin sədri Səriyyə Cəfərova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Ələkbərli, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Tarix və Mətbuat Araşdırmalarına Dəstək ictimai birliyinin sədri Nəsiman Yaqublu və digərləri bildiriblər ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Çıxışlardan sonra Azrbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən BƏYANAT səsləndirilib. Bəyanat bir çox nüfuzlu beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və müxtəlif ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına göndəriləcək.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …