Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Qobustan rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında 8 müraciət ünvanlandı

“Səyyar qəbul otağı” həftənin cümə günü Qobustan rayonunda təşkil olunub. Aksiyada 8 müraciət ünvanlanıb.

Nüsrət Rəhimovla İldırım İsayevin timsalında daha 2 nəfərin istəyi qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.

Səslənən digər müraciətlərin məğzinə gəlincə, bunlar qeyri-yaşayış sahəsinin, həmçinin fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub. “Açıq mikrofon” aksiyasında SOCAR “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

Check Also

Nazirlik: İranda azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər

“İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə (İranda – red.) Azərbaycan dilində tədris aparılan bir …