Cümə , 22 Noyabr 2024
Drone Cameras

QHT Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib –

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
03 noyabr tarixində Agentliyin ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. 
Müşahidə Şurasının sədri Azay Quliyev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Sonra Agentliyin qarşısında qoyulan bəzi konseptual vəzifələr barədə təkliflərin hazırlanması üzrə İşçi Qrupun tədbirlər planı layihəsi haqqında,  
2023 – 2025-ci illər üzrə Agentliyin inkişaf istiqamətlərinin və strateji məqsədlərinin hazırlanması, Agentliyin kənar auditorunun Agentliyin 2021-ci ilin fəaliyyətinə dair hesabatı, Agentlik yaranan tarixdən 31.10.22-ci il tarixinə qədər xərclənən vəsaitlərin təsnifatı barədə,  Agentliyin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının hüquqi varisi kimi QHT-lər və digər təşkilatlar qarşısında mövcud maliyyə öhdəlikləri, Azərbaycan Respublikasının Prezidentinə Agentliyin 2022-ci il fəaliyyəti haqqında hesabatın hazırlanması barədə və Agentliyin 2023-ci il Fəaliyyət Planının hazırlanması ilə bağlı məsələlər müzakirə edilib.Qaldırılan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul edilib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …