Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.
Boyukmillet.com xəbər verir ki, Agentlik rəsmiləri Türkiyə Daxili işlər nazirinin müavini (vətəndaş cəmiyyəti təsisatları ilə iş üzrə) Mehmet Ersoy ilə görüş keçirilib.
Qonaqları salamlayan Mehmet Ersoy iki ölkə QHT-ləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Türkiyə Daxili İşlər Nazirliyi və QHT Agentliyi arasında əlaqələrin güclənməsinin vacibliyini qeyd edib.
Görüşdə Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, gələcəkdə birgə tədbirlərin və layihələrin faydası haqqında fikirlərini bölüşüb.