Şənbə , 20 Aprel 2024
Drone Cameras

“QHT-lərə mümkün qədər əlverişli şərait yaradılacaq” – Zaur İbrahimli

Məlim olduğu ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2021-ci il üçün Kiçik qrantlar müsabiqəsi elan edəcək. Artıq Kiçik qrantlar müsabiqəsinin təşkili üçün Agentliyin Müşahidə Şurasının üzvlərindən ibarət İşçi Qrup işə başlayıb. İşçi Qrup müsabiqə mövzularının müəyyən edilməsi, təşkilati-texniki məsələlərin həll edilməsi, QHT-lərlə məsləhətləşmələrin keçirilməsi üçün müvafiq addımlar atılmasını təmin edəcək. 

Bu barədə “Rupor”a açılama verən Müşahidə Şurasının üzvü Zaur İbrahimlı bildirib ki, müsabiqədə ictimai həyatın müxtəlif sahələri ilə əlaqədar aktual məsələlər, ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması,ictimai iştirakçılığın genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və QHT-lərin zəruri saydığı digər istiqamətlər üzrə mövzular əksini tapmalıdı. Həmçinin Azərbayanın zəfər çalıdğı 44 günlük Vətən Müharibəsi, şəhid ailələri və qazilərimizlə əlaqədar məsələlər, erməni işğalının nəticələri, əhaliyə, mülki infrastruktura, ekologiyaya, iqtisadi potensiala, mədəni irsimizə dəyən ziyanla bağlı araşdırmalar aparılması və beynəlxalq birliyin diqqətinə çatdırılması prioritet istiqamət kimi nəzərdə tutulur:

“Bu istiqamətdə işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinə yardım göstərilməsi, müharibədən zərər görmüş ailələrə, uşaqlara sosial və mənəvi dəstək göstərilməsi vacib bir sahədir. Dövlət başçısının ölkəmizin sosial-iqtisadi inkişafı, həyata keçirilən islahatlar, Vətən Müharibəsi ilə əlaqədar çıxışlarında qeyd etdiyi məsələlərlə bağlı təşəbbüslər diqqət mərkəzində saxlanılmalıdır. Əlbəttə ki, Agentliyin QHT-lərlə keçirdiyi görüşlərdə irəli sürülən təkliflər, tövsiyyələr də nəzərə alınacaq. Agentlik Kiçik qrantlar müsabiqəsində iştirak üçün QHT-lərə mümkün qədər əlverişli şərait yaradılmasını başlıca vəzifə kimi görür. Agentlik çalışır ki, prosedurlar mümüküjn qədər, qanunvericiliyin imkan verdiyi həddə sadləşdirlsin, asanlaşdırılsın, bürokratiya yaradan amillər aradan qaldırılsın. Agentlik dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin həllində QHT-lərin rolunun artmasına, onların potensilanın güclənməsinə çalışır. Kiçik qrantlar proqramı və 2021-ci il üçün Kiçik qrantlar müsabiqəsi bu siyasətin həyata keçirilməsi vasitələrindən biri kimi nəzərdən keçirilməlidir. Müşahidə Şurasının üzvü olaraq ümid edirəm ki, eyni zamanda QHT-lər də yeni dövrün şərtlərinə uyğun, daha peşəkar hazırlanmış, innovativ həllər irəli sürən, nəticəyönümlü layihə təklifləri təqdim edəcəklər”.

Check Also

“İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib? – Artıq İçtimai Şuralara seçim yox təyinat var?

Hörmətli həmkarlar, media nümayəndələri!Bir müddətdir ki, bəzi yoldaşlar mənə bildirir ki, bəs “İctimai iştirakçılıq haqqında” …