Bazar , 19 Yanvar 2025
Drone Cameras

QHT-lər ilə bağlı İşçi qrup yaradılacaq – PREZİDENT SƏRƏNCAM İMZALADI

Qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərindən və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə İşçi qrup formalaşdırılacaq.

Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.


Sənədə əsasən, 2023-cü ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Maliyyə Monitorinqi Xidməti işçi qrup formalaşdıracaq. Nəticədə qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri və dini qurumlardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadə riskinin başa düşülməsi və məhdudlaşdırılması təmin olunacaq.

Check Also

Xalq yazıçısı Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Boyukmillet.com xəbər …