Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə qardaş Türkiyəyə həyata keçirilən səfərin ikinci günü nümayəndə heyətimiz Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu Komandanı general-polkovnik Kemal Yeni ilə görüşdü.
Ordu Komandanı general-polkovnik Kemal Yeni Azərbaycan qaziləri ilə növbəti dəfə görüşdən olduqca məmnun olduğunu bildirərək bir millət iki dövlət devizinə hər zaman sadiq olmamızın, bütün sahələrdə olduğu kimi hərb sahəsində də birgə, iç-içə olmağımızın vacibliyini vurğuladı. Heyət rəhbəri Emin Həsənli Ordu Komandadına səmimi qəbula və diqqətə görə minnətdarlığını bildirdi.
Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, gücləndirilməsi istiqamətindəki birgə fəaliyyətlərin önəmi yönümdə söhbətlə davam edən görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim edilməsi ilə yekunlaşdı.
Qeyd edək ki, səfər Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti ilə həyata keçirilir.
Check Also
QHT sədri deputatlığa namizədliyini irəli sürəcək
Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …