Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT sədri: “Vətəndaş Qəbulu Mərkəzi vətəndaş məmnunluğunun təmin edilməsi baxımından yeni model olacaq”

“Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə vətəndaş məmnunluğunun artırılması üçün mütəmadi addımlar atılır. Bu kontekstdə Azərbaycanın brendinə çevrilmiş “ASAN” modeli hazırda bir çox ölkələrdə öyrənilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində yaranan DOST konsepsiyası da sosial sahədə vətəndaş məmnunluğunun artırlmasında əsas faktora çevrilib. Hesab edirəm ki, Prezident İlham Əliyevin martın 28-də açılışını etdiyi Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi yenilikçiliyi, kütləviliyi və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından yeni model olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu bayraqdar.info-ya açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.Onun sözlərinə görə, Mərkəzin birbaşa və onlayn bağlantı vasitəsi ilə fəaliyyətini qurması vacib amildir: “Bu amil insanların əlavə vaxt və xərc itkisinin qarşısını alacaq”.“Digər tərəfdən cənab Prezident tərəfindən vaxtaşırı diqqət çəkilən ictimai nəzarətin inkişaf etdirilməsi baxımından da Vətəndaş Qəbulu Mərkəzi vacib rola malik olacaq. Belə ki, Mərkəzin istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Bu isə mövcud problemlərin yuxarı idarəetmə orqanının diqqətinə çatdırlmasını daha da əlçatan etməklə yerlərdə problemlərin həllinə və aradan qaldırılmasına imkan verəcək. Vətəndaş Qəbulu Mərkəzinin geniş resurslarının olması vətəndaşların rahat qəbuluna imkan yaradacaq”, – deyə C.Hüseynzadə əlavə edib.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …