Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin son tədbirini əsgərlərlə keçirildi

Əsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsini icra etdi.

 İctimai birlik layihənin son tədbirini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində icra edib. Əvvəlcə şəhidlər bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Layihənin rəhbəri Mətanət Əsgərqızı icra edilən layihə barədə ətraflı məlumat verdi.Layihə çərçivəsində görülən işlərdən danışdı.
Onu da xüsusi qeyd etdi ki, layihənin tədbirləri ilk dəfə olaraq ictimai birlik tərəfindən sosial şəbəkədə canlı icra olunub. Bu isə şəffaflıq üçün vacib şərtlərdəndir.Daha sonra layihənin eksperti Cəsarət Hüseynzadə 44 günlük müharibədə Azərbaycan ordusunun qəhrəmanlığından, əsgərlərimizin qələbəmizin qazanılmasında rolundan söz açdı. 
Layihənin psixoloqu Könül Abasova isə əsgərlərimizlə motivasiya edici söhbət apardı. Çünki bu gün istər əsgələrə, istərsə də vətəndaşlara 44 günlük müharibədən sonra o stressləri atmaq üçün psixoloji söhbətlər çox vacibdir.İctimai birlik tərəfindən çəkilən “Sınan arzular” filmi nümayiş etdirildi. Film müharibənin insana, xüxusi ilə uşaqlara  vurduğu faciələrdən söhbət açır. “Sınan arzular” filmi əsgərlər tərəfindən diqqətlə izlənildi. Sonda əsgərlər layihə icraçılarını əl çalmaqla alqışladılar.
Beləliklə, ictimai birlik daha bir layihəni uğurla başa vurdu. 3 ay ərzində layihə çərçibəsində görülən işlər və nəticələr barədə mətbuata geniş məlumat veriləcək.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …