Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Qırğızıstanda beynəlxalq sənəd saxtakarlığı kanalının fəaliyyəti dayandırılıb

Qırğızıstanda saxta sənədlərin – pasportların, sürücülük vəsiqələrinin, doğum haqqında şəhadətnamələrin, orta və ali təhsil haqqında şəhadətnamələrin hazırlanması və satışı üzrə beynəlxalq kanalın fəaliyyəti dayandırılıb.

Boyukmillet.com Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb.

Bildirilib ki, kanal ölkənin Jalal-Abad vilayətində fəaliyyət göstərib.

Axtarışlar zamanı DMTK əməkdaşları tərəfindən pasportlar, saxtakarlıq əlamətləri olan müxtəlif arayışlar, habelə mühafizə elementləri olan notariat blankları, doğum və nikah şəhadətnamələri, habelə saxta sənədlərin hazırlanması üçün avadanlıq aşkar edilərək müsadirə edilib.

Müəyyən edilib ki, üzərində su nişanı və digər təhlükəsizlik elementləri olan saxta məhsulların bir qismi ölkə hüdudlarından kənarda hazırlanıb, sonra isə Qırğızıstanda satılıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …