Cümə , 27 Mart 2026
Drone Cameras

Qırğızıstanda MDB ölkələrinin DİN rəhbərlərinin iclası keçiriləcək

Sentyabrın 8-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində MDB ölkələrinin Daxili İşlər Nazirliyinin rəhbərlərinin iclası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri iştirak edəcək.

Onlar Birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirləri müzakirə edəcəklər.

Tədbirdə Azərbaycanı DİN başçısı Vilayət Eyvazovun təmsil edəcəyi gözlənilir.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …