Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Qırmızı dənizdə ABŞ və husilər arasında şiddətli toqquşmalar baş verib

Qırmızı dənizdə ABŞ hərbi gəmisi ilə Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər arasında döyüş başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yəməndəki mənbələrə istinadən Sky News Arabia telekanalı məlumat yayıb.

Belə ki, Qırmızı dənizdə husilərə məxsus döyüş gəmiləri ilə ABŞ hərbi gəmisi arasında şiddətli toqquşmalar baş verib.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıb.

Check Also

Tramp İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqlarında böyük irəliləyişin olduğunu açıqlayıb

Vaşinqton və Pekin arasında ticarət məsələlərinə həsr olunmuş danışıqlar İsveçrədə konstruktiv şəkildə keçirilib, böyük irəliləyiş …