Bazar , 8 Fevral 2026
Drone Cameras

Qızıl cüzi bahalaşıb

Qızılın qiyməti bir qədər yüksələrək bir unsiyası 1 980 ABŞ dollarını ötüb.

Boyukmillet.com xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,4 % və ya 7,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 981,3 ABŞ dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,05 % artaraq 1 unsiyası 22,473 ABŞ dolları təşkil edib.

Bank sektoru ilə bağlı naharatlıqların səbəb olduğu volatilllik ötən həftə qızılın qiymətinə dəstək verib. Martın əvvəlində ABŞ-da bir neçə bankın bağlanması ölkənin bank sektoruna təsirsiz ötüşməyib. Daha sonra səhm satışı Avropa regionuna, xüsusilə “Credit Suisse” bankına təsir göstərib.

Check Also

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.01.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 …