Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

QMİ sədri: “Erməni kilsəsi Azərbaycana qarşı böyük yalan təbliğat aparır”

“Erməni kilsəsi Azərbaycana qarşı yalan üstündə qurulmuş çox böyük təbliğat aparır. Onlar dünyaya Azərbaycanda erməni kilsələrinin dağıdıldığını, onların məscidlərə, alban-udin kilsələrinə çevrilməsi barədə yalan məlumatlar yayırlar”.

Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrinin Azərbaycana, Qarabağa səfərinin təşkil edilməsi nəzərdə tutulur: “Azərbaycana ən yaxın gürcü kilsəsidir. Gürcüstanın xristian din xadimlərinin Qarabağa səfər edib ermənilərin dağıtdığı məscid, kilsələri öz gözləri ilə görməsini istəyirik”.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …