Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Qoşulmama Hərəkatının Gənclər Sammitində müzakirə olunacaq məsələlərlə bağlı qərarlar Şuşada qəbul ediləcək

“Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tarixdə ilk dəfə gənclər təşkilatına çevriləcək”.

Boyukmillet.com  xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə təşkilatın Bakıda keçirilən Gənclər Sammitində deyib.

“Sammitin son günü Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada baş tutacaq. Sammitboyu müzakirə olunacaq məsələlərlə bağlı qərarlar Şuşada qəbul ediləcək. Ümid edirik ki, Sammitin uğurlu işi nəticəsində Şuşada Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini Gənclər Təşkilatına çevirə biləcək və təşkilatı növbəti illərdə dünyada beynəlxalq çərçivədə ən aktiv təşkilata çevirə biləcəyik”, – o bildirib.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …