Bazar , 11 Yanvar 2026
Drone Cameras

Qubada meşələrin 500 hektarı yanıb, yanğın lokallaşdırılıb

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

Boyukmillet.com xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:

“Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

Qeyd edək ki, Quba rayonunda yanğınlar bir neçə meşəni əhatə edib.

Check Also

Bakıya qar yağacağı tarix açıqlandı

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq. Yanvarın 16-dan etibarən …