Çərşənbə axşamı , 14 May 2024
Drone Cameras

Qubadlıda döyüş sursatları aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 118 minaatan mərmisi və 181 ədəd minaatan mərmisinə məxsus partladıcılar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …