Şənbə , 28 Mart 2026
Drone Cameras

Qubanın bu kəndində polis postlar qurub – Kənddə naməlum şəxslər…

Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub

Boyukmillet.com-un məlumatına görə, Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar. Yanğından zərər çəkmiş şəxslər aşağıdakılardır:  İslam Vəzirov, Hamza Çaxalov, İsmixan Qədirov və Maxsud Abasov.– Advertisement –

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi gəlib. Bundan əlavə, hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də baş çəkib. Yanğının qəsdən törədilməsi güman edilir.

Faktla bağlı araşdırma aparılır. 

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …