Cümə , 19 Aprel 2024
Drone Cameras

Quşlarla toqquşan qırıcı təyyarənin qəzaya düşdüyü dəhşətli anlar – VİDEO

Xəbər verdiyimiz kimi, bir qədər əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbini açıqlayıb.
boyukmillet.com xəbər verir ki, iyulun 24-də saat 22.00 radələrində qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutu”dakı məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.
Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb.
“Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.
Məlumat üçün bildirək ki, yüksək sürətlə hərəkət edən döyüş təyyarələrinin havadakı kiçik cisimlərlə, o cümlədən də quşlarla toqquşmasının nə qədər ağır nəticələrə səbəb olduğu barədə dünya mətbuatında mütəmadi məlumatlar yer alır.
Qeyd edək ki, bu ilin may ayında ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) qısa məsafli uçuş üçün nəzərdə tutulmuş və şaquli eniş həyata keçirən “F-35B” hərbi təyyarəsi Yaponiyanın Yamaquti prefekturasında yerləşən İvakuni bazasından uçuş zamanı quşla toqquşub. Pilotlar dərhal uçuşu dayandırıb, hadisə nəticəsində heç kim xəsarət almayıb. Buna baxmayaraq, ABŞ komandanlığı hadisəyə ən təhlükəli “A” səviyyəsini verib. Bu isə o deməkdir ki, təyyarəyə azı 2 milyon dolları məbləğində zərər dəyib.
Bir il əvvəl – avqustun 21-də İsveçin “Jas 39 Gripen” qırıcı təyyarəsi də qəzaya uğrayıb.İsveç Silahlı Qüvvələrindən bildiriblər ki, “Jas 39 Gripen” Blekinge vilayətində F17 uçuş donanması yaxınlığında quşla toqquşub. Toqquşmadan sonra pilot vaxtında təyyarəni tərk edə bilib, təyyarə isə meşə zonasına düşüb.
Bu ilin iyun ayının 27-də isə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Jaguar” qırıcı-bombardmançı təyyarəsi uçuşdan dərhal sonra quş dəstəsilə toqquşub. Pilot təhlükədən qorunmaq üçün təyyarədəki raketləri və yanacaq çənini təyyarədən kənarta atıb və bu zaman yerə düşən raketlər dəhşətli partlayışa səbəb olub. Onu da bildirək ki, bu hadisə video kamera vasitəsilə qeydə alınıb.
Həmin hadisənin videosunu təqdim edirik:

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …