Bazar , 11 Yanvar 2026
Drone Cameras

Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ərdoğanı təbrik etdi

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

“Dünya demokratiyasına nümunə olacaq şəkildə, xalqın böyük iştirakı ilə demokratik şəraitdə keçirilən seçkidə xalqın azad iradəsi ilə Türkiyə Respublikasının 13-cü prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizin rəhbərliyi ilə Türkiyə əsrinin Türkiyə dövləti və türk milləti üçün xeyirli uğurlu olmasını diləyir, uğurlarınızın davamlı olmasını arzulayıram”, – deyə Ersin Tatar bildirib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …