Bazar , 19 Yanvar 2025
Drone Cameras

Quzey Kıbrıs Türk Cümhuriyyətinin XİN rəhbəri Britaniya nümayəndə heyəti ilə görüşüb – FOTO

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının və Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Boyukmillet.com bildirir ki, Ertuğruloğlu Kipr Türk Xalqının bərabər beynəlxalq statusunu nəzərdə tutan Kiprlə bağlı türk tərəfinin yeni baxışı barədə Böyük Britaniya parlamentinin nümayəndə heyətinə ətraflı məlumat verib.

Kıbrıs Türk xalqına qarşı illərdir ədalətsiz şəkildə tətbiq edilən təcrid və embarqoların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin addımlar atmasının lazım olduğunu xatırladan xarici işlər naziri Tahsin Ərtoğruloğlu İngiltərənin Kıbrıs Türk xalqına qarşı öhdəliklərini gec də olsa yerinə yetirməli olduğunu açıqlayıb.

Görüşdə Böyük Britaniya parlamentariləri Pol Bristou, Stiven Metkalf, Brendan Klark Smit, Lord Roqan və keçmiş parlamentari Baronessa Blekstoun, həmçinin KKTC Xarici İşlər Nazirliyinin müşaviri Kamal Köprülü iştirak edib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …