Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Rəşad Nəbiyev: “Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 57 % artıb”

2023-cü ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 % çoxdur.

Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, bu ilin yanvar ayında daşınmış yüklərin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton çoxdur: “Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil daşımalarının payına düşüb”.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib

Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq …