Cümə , 5 Dekabr 2025
Drone Cameras

Rəşad Nəbiyev Naftalanda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Naftalan şəhərində vətəndaşları qəbul edib.

Boyukmillet.com xəbər verir ki, qəbulda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri iştirak ediblər. Onların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Nazir müraciətlərin qanunvericiliyin tələblərinə uyğun və operativ araşdırılması barədə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb, müvafiq qurumlara göndəriləcək.

Check Also

RİNN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf …