Şənbə , 11 May 2024
Drone Cameras

Rəşad Nəbiyev: “Yol qəzasında ölənlərin sayı dünyadakı orta göstəricidən çoxdur”

Azərbaycanda ötən il yol qəzaları nəticəsində 834 nəfər həyatını itirib ki, bu da əhalinin sayına nisbətdə həm MDB, həm də dünya üzrə orta göstəricidən çoxdur.

Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsinin açılış mərasimində bildirib.

“Hər il dünyada 1 milyondan çox insan yol hərəkəti zamanı həyatını itirir. Bu hər 30 saniyədə bir insan ölümü – bir neçə ailənin faciəsi deməkdir. Məsələnin iqtisadi aspektlərinə baxanda isə görürük ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində hər il dünyada infrastruktura dəyən ziyanın məbləği təxminən 500 milyard ABŞ dolları civarındadır. Odur ki, “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsi ölkə və insanların həyatı üçün çox vacibdir. Polşa və Litva layihədə Azərbaycanın tərəfdaşı kimi çıxış edəcək, bu ölkələrin mütəxəssisləri bilik və bacarıqlarını bizimlə bölüşəcəklər. Layihəni Daxili İşlər və Səhiyyə Nazirlikləri ilə birgə icra edəcəyik, ölkəmizdə yol hərəkətinə töhfə verilməsi istiqamətində təkliflərimizi birgə irəli sürəcəyik”, – deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, Bakı şəhərində və ölkədə mobillik proqramı üzərində “Boston Consulting Group” şirkəti ilə birgə iş gedir: “Əminəm ki, bu proqram və açılışını etdiyimiz tvinninq layihəsi qarşıya qoyduğumuz məqsədlərə qısa müddətdə çatmağımıza imkan verəcək”.

Check Also

Vüqar Bayramov: “Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar Heydər Əliyevin adı ilə bağlıdır”

Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar və ərazi bütövlüyümüzün bərpası Heydər Əliyevin adı ilə …