Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Rəşad Orucov: “20-dən çox təşkilat Mərkəzi Banka lisenziya üçün müraciət edib”

Bu günə kimi 20-dən çox ödəniş və elektron pul təşkilatı Mərkəzi Banka lisenziya almaq üçün müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən müvafiq müraciətlərə baxılaraq, təşkilatlarla aktiv kommunikasiya çərçivəsində zəruri hüquqi dəstək göstərilməkdədir.

O qeyd edib ki, cari ayın sonunadək bütün qanunvericilik tələblərinə cavab verən təşkilatlara lisenziyaların verilməsinə başlanılması nəzərdə tutulur.

Check Also

Avrosu olanlara ŞAD XƏBƏR – BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 fevral tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Boyukmillet.com-un AMB-yə istinadən …