Çərşənbə , 11 Mart 2026
Drone Cameras

“Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən qanunla çıxarılacaq” – Mədət Quliyev

Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.

Bu barədə Manset.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev bildirib:

“Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hal-hazırda dünya miqyasında, Cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …