“Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”.
“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarix boyu qardaşlıq qanunu ilə inkişaf edib. Yaxın tarixdə isə iki dövlət arasında siyasi və mədəni bağı isə ən konkret və aydın şəkildə Azərbaycanın Ulu Öndəri, mərhum Heydər Əliyev ortaya qoyub” – o, bildirib.
Rasim Koç deyib ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və Türkiyənin hazırkı liderləri üçün mayak rolunu oynayıb:
“2002-2008-ci illər arasında FETÖ terror təşkilatı həm Türkiyə Silahlı Qüvvələrinə, həm də Xarici İşlər Nazirliyinə nüfuz etməyə başladı. Bu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri də soyutdu. Bu vəziyyətdən istifadə edən Ermənistan təcavüzkar siyasətini daha da gücləndirdi. FETÖ-nün 15 iyul 2016-cı ildə başlatdığı çevriliş uğursuzluğa düçar oldu və üzvlərinin əksəriyyəti həbs edildi. Bu tarixdən sonra Bakı ilə Ankara arasında münasibətlər sürətlə yaxşılaşmağa başladı. İkinci Qarabağ müharibəsi iki ölkənin regional siyasət və təhlükəsizlik anlayışında tərəfdaşlığını ən yüksək həddə çatdırdı. Şübhəsiz ki, bunda cənab Ərdoğan və cənab Əliyevin zəhməti çoxdur. Ona görə də əminliklə demək olar ki, bu gün Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti də böyük rol oynayıb”.