Cümə , 3 Yanvar 2025
Drone Cameras

Ərdoğan: “Qafqaz İslam Ordusunun 100 illiyini birlikdə qeyd edəcəyik”

Boyukmillet.com interpress.az-a istinadən xəbər verir ki, bu fikirləri yerli jurnalistlərlə söhbətində Azərbaycana son səfərini dəyərləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, Rusiyalı həmkarı Vladimir Putinlə növbəti görüşündə Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi imkanlarını müzakirə edəcək:

“Azərbaycanla 6 saziş imzaladıq. Enerji sahəsindən kənar, 1,6 milyard dollar həcmində olan ticarət dövriyyəmizi 5 milyard dollar səviyyəsinə yüksəltməyi düşünürük.

2018-ci ildə Qafqaz İslam Ordusunun yaradılmasının 100 illiyini birlikdə qeyd edəcəyik .

Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyik. Hörmətli Putinlə bu məsələni müzakirə edəcəm, çünki bir işlə məşğul olduqda, nəticə əldə etmək daha da asanlaşır”.

 

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir