Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Rejimə AĞIR ZƏRBƏ: yüzlərlə əsgəri məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib şəhərində təşkil etdiyi “Bahar qalxanı” hərəkatı çərçivəsində son 24 saatda 327 rejim əsgəri zərərsizləşdirilib.

Bunu Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş açıqlayıb.

Onun sözlərinə görə, əməliyyat çərçivəsində bu ana qədər 2 min 986 rejim ünsürü məhv edilib.

“Rusiya Suriyada nə axtarır? Bu bölgədə güclü Türkiyə istəmirlər. Suriya bütün suriyalılarındır. Rusiya arxasında dayanmasa, rejim bir ay içində çökər. İdlib məsələsi Türkiyənin təhlükəsizliyinin bir parçasıdır. Biz buna görə oradayıq. Şəhidlərimizin qanı yerdə qalmayacaq”, – Kurtulmuş bildirib. (publika.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …