Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

“Respublikanski”nin baş həkimi işdən çıxarıldı

Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.

Telman İbadov və Azər İsmayılov

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …