Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

“Rheinmetall” Niderlandın adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək

Almaniyanın silah konserni olan “Rheinmetall” Niderland hökuməti adından Ukraynaya 14 ədəd “Leopard 2” tankı verəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.

“Rheinmetall” şirkəti sifarişin yüzmilyonlarla avroluq olduğunu açıqlayıb. Həmçinin Almaniyanın federal hökuməti ilə də müvafiq razılaşma əldə olunub.

Qeyd olunur ki, döyüş tanklarından birincisi 2024-cü ilin yanvarında, qalanları isə həmin il ərzində Ukraynaya təhvil verilməlidir.

Check Also

Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab

Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini …