Cümə , 22 Noyabr 2024
Drone Cameras

Riad Əhmədovun meyitinin qalıqları tapıldı

Bu konfrans ərəfəsində biz 9 nəfəri hərbçi, 1 nəfəri mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olmuşuq.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Xidmət rəisi bildirib ki, onların sırasında DTX əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb:

“1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb”.

Ə.Nağıyev vurğulayıb ki, Məzar yerlərinin müəyyən olunması, qazıntı, ekshumasiya və eyniləşdirmənin aparılmasında səy göstərmiş İşçi qrupunun və Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin fəaliyyəti təqdirəlayiqdir:

“30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyinin aydınlaşması ciddi ictimai hadisədir. Bu sahədə çalışan bütün heyətimizə uğurlar diləyir, onlardan yeni nəticələr gözləyirik”.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …