Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub. 

Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən Məmmədovun müvafiq əmri ilə Zöhrab Baxşəliyev vəzifəsindən azad olunub.

Z. Baxşəliyev sosial şəbəkələrdə özünü AzTV-nin aid olmadığı vəzifənin icraçısı kimi təqdim edib. Bununla bərabər tanınmış jurnalist Məhəmmədəli Qəriblini sosial şəbəkələrdə ağır söyüşlərlə təhqir etdiyinə görə işdən çıxarılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “TikTok” sosial şəbəkəsində “Nemoy” ləqəbli Zöhrab Baxşəliyev Azinforum informasiya portalının baş redaktoru Məhəmmədəli Qəriblini ağır söyüşlərlə təhqir etmiş, aralarında mübahisə yaranmışdı. Məhəmmədəli Qəribli daha sonra məsələni ictimailəşdirmişdi.

Fotoda: Məhəmmədəli Qəribli

Fotoda: Zöhrab Baxşəliyev

Manşet.az

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …