Bazar , 19 Yanvar 2025
Drone Cameras

Rövşən Nəcəf: “Türk şirkətlərinin Qarabağdakı “Yaşıl enerji” layihələrində iştirakı önəmlidir”

“Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi hər il artır. Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq bu ilin 11 ayında iki ölkənin ticarət dövriyyəsinin dəyəri 7% artıb”

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunda deyib.

“Hazırda Azərbaycan Türkiyənin 2-ci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin artmasının əsas səbəblərdən biri kimi Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki fəaliyyətini göstərmək olar. SOCAR-ın Türkiyədəki yatırımı olan “Petkim” istehsalatda IV Sənaye İnqilabının standartlarını təbiq edən ilk şirkət olub”, – deyə o, qeyd edib.

Bundan başqa, R.Nəcəf bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Yaşıl enerji” layihələri həyata keçirilir və türk şirkətlərinin bu layihələrdə iştirakı çox önəmlidir: “İqtisadiyyat Nazirliyi olaraq bu sahədə əməkdaşlığın perspektivlərinə inanırıq və şirkətlərə dəstək olmağa hazırıq”.

Check Also

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində növbəti görüş oldu

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə Müstəqil …