Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Rövşən Rüstəmov: “Göygöldəki hadisə infeksion xəstəliklə əlaqədardır”

“Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında ciddi infeksion xəstəliyin yayıldığını açıqlayıb. Hesab edirik ki, bu, həmin virusla əlaqədardır”.

Bunları “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vitse-prezidenti Rövşən Rüstəmov Göygöl Olimpiya Komleksində 15 yeniyetmə cüdoçunun səhhətində problemin yaranması barədə danışarkən deyib.

Onun sözlərinə görə, uşaqların həmin hadisədən sonra məşqlərə davam etmələri sarıdan heç bir çətinlikləri yoxdur və hər şey yüksək səviyyədədir.

Bununla yanaşı, R.Rüstəmov faktla əlaqədar hüquq-mühafizə orqanlarının araşdırma apardığını və onların yerinə cavab verməyi doğru hesab etmədiyini də vurğulayıb.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …