Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

Rüstəm Orucovla Elmar Qasımovun liderliyi davam edir

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Apasport.az bildirir ki, oktyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

Belə ki, yığmamızın aparıcı cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik edilib. Tərlan Kərimov (66 kq) 35-ci yeri 36-ya dəyişib. Ondan fərqli, Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birincisidirlər.
 
Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, yenə İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-cıdır.

Check Also

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Boğazda gəmi hərəkəti 04:53-dən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir