Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

XIX TÜRKSOY Opera günləri keçiriləcək

Oktyabrın 5-dən 12-nə kimi TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı tərəfindən XIX TÜRKSOY Opera günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindıən “OLAYLAR”-a bildirilib ki, ənənə üzrə hər il baş tutan bu tədbir 2016-cı ildə Azərbaycanın görkəmli sənətkarı məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilib. Bir qayda olaraq TÜRKSOY Opera günlərində bütün türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər. Festival çərçivəsində konsertlər İstanbul və Qirnədə (Şimali Kipr Cümhuriyyəti) keçiriləcək.Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Azərbaycan Respublikası Prezidenti mükafatçıları – Xalq Artisti Azər Zeynalov və Əməkdar Artist Afaq Abbasova təmsil edəcəklər. Onlar konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarına daxil olan ariya və duetlər də ifa edəcəklər.

Check Also

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Rusiyanın Ryazan vilayətinə kütləvi dron hücumu nəticəsində bir nəfər yaralanıb, sənaye müəssisələrində yanğınlar baş verib …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir