Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Rüfət Quliyev: “Hindistandan deyirlər ki, Qarabağda ev tikmək istəyirəm”

“Maliyyə iqtisadiyyatın bel sütunudur. Biz neçə illərdir ki, deyirik ki, banklar kredit faizlərini aşağı salsın”.

Boyukmillet.com  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.

“Bəzən hətta Hindistandan böyük bir şirkətin sahibi zəng vurub deyir ki, mən Qarabağda ev tikmək istəyirəm, sahibkarlıqla məşğul olmaq istəyirəm. Qarabağda quruculuq işlərinə sahibkarlar cəlb olunmalıdır. Əsas yük dövlətin üzərinə düşməməlidir”, – millət vəkili əlavə edib.

Check Also

Sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə …