Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Rufiz Qonaqov: Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar

“Tolerantlığı ilə dünyaya nümunə göstərilən Azərbaycanda multikulturalizmin dərin kökləri vardır. Vurğulamaq lazımdır ki, müasir dövrdə multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzi kimi xarakterizə olunmaqdadır. Multikulturalizm, ölkəmizin dövlət siyasətində aparıcı yer tutur. Milli, dini fərqliliyi mədəniyyətimizin zənginliyi kimi qavramamız və təqdim etməyimiz ölkəmizdə bu istiqamətdə aparılan siyasətin uğuru kimi dəyərləndirilir. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı da Azərbaycanın multikultural mədəniyyətini növbəti dəfə dünyaya nümayiş etdirdi”.
Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda birlik nümayiş etdirdi, müxtəlif dinlərin daşıyıcısı olan gənclərimiz əldə silah Vətənin qorunmasında çiyin-çiyinə döyüşdülər. Bu, azərbaycançılıq ideologiyasının ölkəmizdəki milli, dini birliyin təmin olunmasına verdiyi ən böyük töhfələrdəndir: “Möhtərəm Prezidentimiz “Xarıbülbül” festivalının açılışında bildirdi ki, Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Bəli, milli müxtəlifliyimiz bizim uğurumuzdur və bu festival bir daha dünyaya nümayiş etdirdi ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Bu gün Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri yalnız bir amal uğrunda-Azərbaycanın bütövlüyü və inkişafı uğrunda mübarizə aparırlar”.
PƏRVİZ

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …