Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Rufiz Qonaqov: Ermənistanın dövlət siyasəti işğalçılığa, terrora və təcavüzkarlığa söykənir

“İyunun 4-də Kəlbəcər rayonunda iki jurnalistin və Kəlbəcər rayon Susuzluq kənd icra nümayəndəsinin müavininin minaya düşərək həyatlarını itirmələri Ermənistanın müharibə cinayətidir.

Ümumiyyətlə, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərini minalaması həm hüquqi baxımdan hərbi cinayət, həm də mənəvi baxımdan faşizmə xidmət edən bir addımdır. Bu ölkə hələ aktiv döyüşlərin getdiyi dövrdə Azərbaycanın müharibə zonasından kənarda yerləşən ərazilərini hədəfə aldı və çox sayda günahsız insanı qətlə yetirdi.

Bu baxımdan Ermənistanın törətdiyi cinayətlərə qarşı daha sərt münasibət sərgilənməli, bu ölkəyə lazımi təzyiqlər göstərilməlidir”. Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.


Onun sözlərinə görə, Ermənistan heç zaman beynəlxalq Konvensiyalara, beynəlxalq razılaşmalara və qətnamələrə riayət etməyib: “Bu ölkənin dövlət siyasəti işğalçılığa, terrora və təcavüzkarlığa söykənir. Bu baxımdan beynəlxalq aləm anlamalıdır ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə daha çox insanın həyatını itirməsi üçün çalışır. Buna yol vermək olmaz”.
PƏRVİZ

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …