Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Rumıniya XİN başçısı: “Azərbaycan bizim üçün strateji tərəfdaşdır”

“Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və bizim ikitərəfli əlaqələrimizin zəngin potensialı var”.

Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tvitterdə yazıb.

Diplomat iyunun 25-26-da baş tutacaq Cənubi Qafqaz turu çərçivəsində avstriyalı və litvalı həmkarları Aleksandr Şallenberq və Qabrielius Landsbergislə birlikdə bu gecə Bakıya gəlib.

“İndicə Bakıda eniş etdik. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərə hazırlaşırıq”, – rumıniyalı nazir qeyd edib.

B. Aureskunun sözlərinə görə, səfər Aİ-Azərbaycan qarşılıqlı fəaliyyətinin əhəmiyyətini yenidən vurğulamaq üçün yaxşı imkan yaradır.

Check Also

Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

 Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir “London regional güc balansında daha …