Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Rumıniyada hökumət xərcləri azaldılır

Rumıniyada dövlət xərclərinin azaldılması haqqında fərman qəbul edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Adrian Kiçiu Nazirlər Kabinetinin iclasından sonra bildirib.

“Hökumətin bu tədbirləri dövlət pullarının daha düzgün, daha səmərəli xərclənməsinə yönəlib”, – “Agerpress” agentliyi nazirin sözlərindən sitat gətirib.

Sənəddə, o cümlədən, hər bir nazirlik üzrə aylıq xərc limiti, səhiyyə və təhsil sahələri istisna olmaqla, əmlak və xidmətlərə, o cümlədən avtomobillərə, mebellərə, dəftərxana ləvazimatlarına çəkilən xərclərin 10% azaldılmasını nəzərdə tutulur.

Həmçinin bu il dövlət qurumlarında təyinatlar da dayandırılacaq və dövlət orqanlarının rəhbərlərinin aparatında hazırda 900 nəfərə çatan müşavir postlarının sayı 50% ixtisar ediləcək.
 

Check Also

ABŞ-nin 15 maddəlik planından imtina edən İran 5 şərt irəli sürüb

İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın …