Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Rus general “qanuni oğru”dan rüşvəti it küçüyü şəklində alırmış

Rusiyanın “Kommersant” qəzeti yazır ki, kriminal avtoritet, “qanuni oğru” Zaxari Kalaşovdan (Şakro Molodoy) rüşvət almaqda ittiham olunan Rusiya İstintaq Komitəsinin sabiq idarə rəisi Mixail Maksimenkonun işi ilə bağlı yeni epizodlar ortaya çıxıb.

Boyukmillet.com xəbər verir ki, cinayət işinə Maksimenkonun cip maşını ilə mükafatlandırılması əlavə olunub. Polkovnik Maksimenkoni daha bir neçə rüşvət halına görə araşdırırlar. Onlardan biri də ona bağışlanan küçüklərdir.

Xatırladaq ki, Maksimenko İstintaq Komitəsinin general-mayoru Denis Nikandrov və idarə rəisi Aleksandr Lamonovla birlikdə Şakro Molodoydan 500 min avro almaqda ittiham olunur. Maksimenko məhkəmədə haqqında olan həbs qərarının ev həbsi ilə əvəz olunmasını tələb edib.

FTX-nin müstəntiqi deyib ki, Mixail Maksimenko kriminal aləmdə böyük əlaqələrə malikdir. O, İstintaq Komitəsində elə bir sistem yaratmışdı ki, tabeçiliyində olanlar yalnız onun şəxsi ambisiyalarını təmin edirmiş.

Məlum olub ki, biznesmen Badri Şengeliya polkovnik Maksimenkoya 1 milyon rubl rüşvət verib ki, 2014-cü ildə onun “Hublot” markalı bahalı saatını müsadirə edən və geri qaytarmayan Sankt-Peterburq polislərinə qarşı cinayət işi açsın.

Tikinti sahəsi üzrə biznesmen Dmitri Smıçkovskidən isə Maksimenko 1,5 milyon dəyərində “Jeep Wrangler” avtomobilini tələb edib.

Cip polkovnikin aldığı tək rüşvət faktı deyil. İstintaq onun elit cinsli it küçüklərini rüşvət şəklində alması faktını da araşdırır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir