Şənbə , 20 Aprel 2024
Drone Cameras

Rus PUA-ları Qarabağda… – “24 saat uçuş”

Rusiya sülhməramlıları Qarabağda ayrı-ayrı kiçik insidentlər qeydə alır, amma atəşkəs rejiminə riayət olunur. Bu barədə Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bildirib. 

“Atəşkəs rejiminin pozulması və təxribatlar qeydə alınmayıb. Ayrı-ayrı kiçik insidentlər yerlərdə sülhməramlı kontingentin nümayəndələri tərəfindən nizamlanır”, deyə o, RF prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə bildirib. 

Muradov qeyd edib ki, Rusiya kontingenti sülhyaratma əməliyyatının həyata keçirildiyi zonada Ermənistan və Azərbaycan nümayəndələri ilə qarşılıqlı əlaqəni təşkil edib. 

“Dağlıq Qarabağın ərazisi iki məsuliyyət zonasına ayrılıb. “Şimal” zonasında 11 müşahidə məntəqəsində 15-ci motoatıcı briqadanın birinci batalyonu, “Cənub” zonasında – Laçın dəhlizində 12 məntəqədə ikinci batalyon tapşırıqları yerinə yetirir”, deyə “İnterfaks-Azərbaycan” Muradovdan sitat gətirir. 

“Müşahidə məntəqələri bütün rabitə növləri, o cümlədən qapalı, kosmik və videokonfrans rabitəsi ilə təmin edilib. Vəziyyətə nəzarət üçün 24 saat pilotsuz uçuş aparatlarından istifadə olunur”, deyə general bildirib. 

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …