Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Rusiya Azərbaycandan 432 tondan çox pomidorun idxalına qadağa qoyub

Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidor Rusiyaya buraxılmayıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) yayıb.

Bildirilir ki, pomidor Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsindən göndərilib.

Qadağan olunmuş məhsullar arasında 25 partiyası nəzarətə götürülən məhsullar arasında Azərbaycandan 432,5 ton həcmində təzə pomidor, İrandan isə 129,8 ton həcmində Pekin kələmi, aysberq salatı və kahı olub.

Vurğulanıb ki, bu ilin mart ayında Rusiyaya idxal edilən 65 milyon 919,2 min ton təzə meyvə və tərəvəz məhsullarına nəzarət tədbirləri həyata keçirilib.

Check Also

ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanın 5,3 …