Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Rusiya bu əraziləri almaq üçün 10 gün ərzində hücuma keçəcək – Türkiyəyə qarşı PLANIN DETALLARI

Rusiya və Türkiyənin Suriyada maraqlarının toqquşmasından sonra başlanan qarşıdurması davam edir.

Türkiyəli yazar Taha Dağlı Rusiyanın Türkiyə ilə bağlı planı haqda yazıb.

Rusiya mediasında Türkiyəyə qarşı kampaniyanın aparılmasına diqqət çəkən T.Dağlı hesab edir ki, Moskva İdlib böhranının böyüyəcəyi təqdirdə mediada öncədən ictimai rəyi formalaşdırmağa çalışır: “Lakin Rusiyanın ilk məqsədi böhranın böyüməməsi, Türkiyə ilə silahlı qarşıdurmaya getməmək və təbii ki, Suriyada maraqlarının təmin edilməsidir. Moskva Əsədə dəstəyini dava etdirəcək”.

T.Dağlı yazır ki, İdlibdə iki quru yol ruslar üçün önəmlidir: “M4 və M5 yollarını tamamilə nəzarətə almaq istəyirlər. Buna nail olsalar Hələblə İdlibin, dolayısı ilə Lazkiyə ilə Şamın əlaqəsi qurulacaq. Eyni zamanda, Hələbin Aralıq dənizinə çıxışı təmin ediləcək”.

Rusiya Beynəlxalq Əlaqələr Mərkəzinin Yaxın Şərq üzrə mütəxəssisi Aleksey Xlebnikov da bildirir ki, Şam və Moskva üçün İdlib önəmlidir: “Suriya və Rusiyanın əsas hədəfi M4 və M5 quru yollarına nəzarəti ələ keçirmək və Hələblə Şamı birləşdirmək, o cümlədən, Hələbin sahilə çıxışını təmin etməkdir. Suriya iqtisadiyyatının yenidən qurulması üçün də bu, vacibdir”.

Rusiya bu iki quru yolun şimalında qalan İdlibin mərkəzinin və Türkiyə sərhədində yerləşən digər bölgələrin “təhlükəsiz bölgə” kimi istifadə edilə biləcəyini təklif edir. Yəni “iki quru yol bizim, İdlibin mərkəzi və şimalı sizin olsun” deyirlər. Türkiyə əsgərinin bölgədə qalması məsələsində də dialoq təklifi ilə çıxış edirlər.

“Bəlli ki, Rusiya 5 marta qədər bu planı önə sürmək üçün hücumlarını artıracaq. Zirvə görüşünə gələndə artıq iki quru yol tamamilə rusların nəzarətinə girəcək, beləliklə, istədiklərini alaraq masaya oturacaqlar”, – T.Dağlı qeyd edir.

Lakin ABŞ və NATO-nun İdlibdə əhəmiyyətli yerlərin rusların əlinə keçməsinə qarşı çıxması prosesi çətinə salır. Bölgədə ruslarla yanaşı, İranın da olması, yəni Hələbdən Aralıq dənizinə çıxacaq strateji yolun başqa oyunçuların əlinə keçməsi ehtimalı Vaşinqtonu ciddi narahat edir.

Qeyd edək ki, İdliblə bağlı zirvə görüşü martın 5-də İstanbulda keçiriləcək. Zirvədə Türkiyə, Almaniya və Fransa liderləri iştirak edəcəklər.

T.Dağlı yazır ki, Almaniya və Fransanın maraqları İdlibdə Türkiyə ilə toqquşur.

“Lakin Avropa İttifaqı və NATO-nun iki önəmli üzvünün zirvədə iştirakı Rusiya üçün təzyiq elementidir”, – qeyd edir.

Zirvə görüşünün planlaşdırıldığı vaxtda ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Ross” adlı raket daşıyan gəmisinin Qara dənizə daxil olması Rusiyanın diqqətini bu bölgəyə çəkdi. Qara dənizdəki Rusiya donanması ABŞ gəmisini izləyir. Montre sazişinə görə, ABŞ gəmisi dənizdə 21 gündən artıq qalmamalıdır, lakin təcrübəyə görə, amerikalılar müxtəlif bəhanələrlə bu müddəti uzadırlar. Bununla yanaşı, aprel ayında NATO-nun Şərqi Avropada son 25 ilin ən böyük təlimlərinə başlaması Rusiya üçün təhlükə siqnallarını çalışır. Gözləntilərə görə, Qərbin mümkün hücumları ilə qarşılaşacaq Moskvanın Ankara ilə qarşıdurma maraqlarına uyğun deyil. (publika.az)

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …