Bazar , 19 Yanvar 2025
Drone Cameras

Rusiya bu istiqamətdə 100 min əsgər toplayıb

Rus işğalçıları Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər toplayıb.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib.

“Liman-Kupyansk istiqamətində düşmən çox güclü dəstə – 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 reaktiv yaylım atəş sistemi cəmləşdirib”, – Çerevatıy bildirib.

O, müqayisə üçün deyib ki, Əfqanıstanda müharibənin pik dövründə Sovet qoşunlarının 120 min şəxsi heyəti var idi.

Çerevatıy qeyd edib ki, “Z” adlandırılan hücum bölmələri Liman-Kupyansk istiqamətində cəmləşdirdilib.

Natiq vurğulayıb ki, ruslar Ukrayna müdafiəsini yarıb keçmək niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski də rus ordusunun Kumyansk istiqamətində Ukrayna ordusunu darmadağın etmək üçün hücuma keçdiyini açıqlayıb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …