Bazar , 8 Fevral 2026
Drone Cameras

Rusiya Litvaya nota verib

Litvanın Xarici İşlər Nazirliyi Kalininqradda tranzit xidmətləri üçün ödənişlərin dayandırılması ilə bağlı Rusiyadan nota alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.

Qeyd olunur ki, notanı Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Sergey Ryabokon verib.

Diplomat bir gün əvvəl “Rossiya 24” telekanalına müsahibəsində bildirib ki, Litva Dəmir Yollarının Rusiyada xidmətlərindən istifadə edən operatorlar yüklərin daşınması üçün pul ödəməlidirlər.

İyunun 18-də Litva dəmir yolu ilə öz ərazisindən Kalininqrad vilayətinə yüklərin tranzitini əngəlləyib. İyulun 22-də isə tranzit bərpa edilib.

Check Also

Cəbhədə gərgin saatlar: Rusiya ordusu üç istiqamətdə irəliləyiş əldə edib

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən “DeepState” monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran …